Komik maska

E.ə. II əsr, Afinada Teatr komik maskası

Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəlkosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" [1]. Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçəmeydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır". Gündəlik həyatda adamlar arasında mövcud olan rəsmiyyət, ağır davranma aradan götürülür, sevinc, nəşə, sərbəstlik, azadlıq şənliyin ruhuna hakim kəsilir. Əsl bayram ab-havası məhz bu daxili sərbəstlik və azadlığın sayəsində yaranır. "Kosa-kosa" xalq tamaşasında kosa və keçi libasında çıxış edən oyunbazlar bayram şənliyinin digər formalarında gülməli əhvalatlar danışan, atmacalar atan, zarafatlar edən sıravi adamlardır. Gündəlik həyatda gülməli danışıq və hərəkətləri ilə tanınan və sevilən bu adamlar bayram şənliyində, təbii ki, xüsusi fəallıq göstərirdilər. Onların başlıca gülüş vasitəsi parodiya idi. Bu parodiya öz məzmununa görə təbiətcəmiyyətin müxtəlif hadisələrini əhatə edirdi. Oyunbazlar "Kosa-kosa" tamaşasında qışın ölümünü və yazın dirçəlməsini gülməli şəkildə canlandırdıqları kimi, bəyi, xanı, taciri, mollanı, qazını, padşahı, eləcə də əkinçini, biçinçini, çəkməçini, çobanı tənqid hədəfinə çevirirdilər. Oyunbazlar heç də özlərini bu tənqid hədəfləri sırasından ayırmırdılar. Kosa və keçi libasına bürünüb "Kosa-kosa" oyununu çıxaran oyunbazlar kimi, Molla Nəsrəddin də təlxək libası geyib oyun çıxarır və hamını bu məzəli oyuna qoşmağa çalışır. Kosa obrazı qış masqası arxasında yazın fəlsəfəsini işıqlandırırsa, Molla Nəsrəddin obrazı da ağılsızlıq masqası arxasında müdrikliyin portretini yaradır [2].

  1. Aristotel. Poetika. Bakı: Azərnəşr. 1974. səh. 89.
  2. Kazımoğlu (İmanov) M. Gülüşün arxaik kökləri. Bakı: “Elm”. 2005. səh. 55-69.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search